BAKI, 1 iyul - Sputnik. Almaniyanın "Spiegel" nəşri Rusiya Aerokosmik Qüvvələrinin Ka-52 döyüş helikopterini Ukrayna ordusu üçün böyük təhlükə adlandırıb, çünki Ukrayna Silahlı Qüvvələri (USQ) Qərb silahlarının köməyi ilə belə bunun öhdəsindən gələ bilmirlər.
Bu barədə Rusiya mediası Almaniyanın "Spiegel" nəşrinə istinadən xəbər verib.
“İndi qorxulu düşmən, "Alliqator" kimi tanınan Rusiyanın Ka-52 helikopteri tez-tez Ukrayna piyadalarının mövqeləri üzərində dövrə vurur. O, keçən ilki əməliyyatlarda özünü tam göstərə bilməsə də, dünyanın ən yaxşı hücum helikopterlərindən biri hesab olunur. İndi isə vəziyyət kəskin şəkildə dəyişib”, - deyə məqalə müəllifləri yazırlar.
Nəşrdə həmçinin qeyd olunub ki, “Alliqator” həm “hava-hava”, həm də “hava-yer” raketləri və hətta tank əleyhinə sistemlərlə silahlanıb. Eyni zamanda, Ka-52 on kilometr məsafədən düşmənə atəş aça bilir ki, bu da Almaniyanın “Gepard” zenit raket kompleksindən (ZRK) təxminən iki dəfə çoxdur.
Ukrayna Silahlı Qüvvələrinin aviasiyasının köməyi ilə “Alliqator”lara qarşı çıxmaq da olduqca çətindir, çünki Rusiya Aerokosmik Qüvvələrinin qırıcılarını Rusiya helikopterləri zərbələrdən qoruyaraq Ukrayna təyyarələrinin hücum üçün kifayət qədər məsafəyə çatmasına imkan vermirlər.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da etiraf edib ki, Rusiya ordusunun ümumi hava üstünlüyü Ukrayna Silahlı Qüvvələrinin hazırkı hücumda əsas problemlərindən biridir.
Almaniyanın “NTV” telekanalı Ukrayna Hərbi Hava Qüvvələrinin pilotlarının sözlərinə istinad edərək Rusiyanın aviasiya sahəsində ciddi üstünlüyünü və Ukrayna Silahlı Qüvvələrinin aviasiya texnikasında böyük itkilər verdiyini qeyd edib.
Jurnalist Brendan Koul xəbərdarlıq edib ki, aviasiya Ukrayna ordusunun hücumunu dəf etməkdə Rusiya Silahlı Qüvvələrinin əsas kozırı olacaq, çünki Rusiya Aerokosmik Qüvvələrinin ehtiyatları Ukrayna Hərbi Hava Qüvvələrinin ehtiyatlarından on dəfə çoxdur.