DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko: "Nüvə silahı nə qədər ki, Belarus ərazisindədir, istifadə olunmayacaq"

Prezident: Zaman keçdikcə nüvə silahının etibarlı yerdə olduğuna əmin oluruq
Sputnik
BAKI 1 iyul - Sputnik. Nüvə silahı nə qədər ki, Belarus ərazisindədir o istifadə olunmayacaq.
APA xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Zaman keçdikcə nüvə silahının etibarlı yerdə olduğuna əmin oluruq. O, Belarusda - təhlükəsiz yerdədir. Əminəm ki, bizdə olan müddətdə ondan heç vaxt istifadə etməyəcəyik və heç vaxt da düşmən ayağı torpağımıza dəyməyəcək”, - Lukaşenko vurğulayıb.