HADİSƏ

İlisudakı "Hamam dərəsi"ndə yıxılaraq xəsarət alan turist xəstəxanaya yerləşdirilib

Ağır xəsarət aldığı bildirilən turistin təxliyəsi üçün Qax Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, Qax Rayonu Mərkəzi Xəstəxanasının həkimləri əraziyə cəlb olunub.
Sputnik
BKI, 1 iyul - Sputnik. Qaxın qayalıq ərazisində, rayon mərkəzindən 20, İlisu kəndindən isə 7 km məsafədə yerləşən "İlisu Dağ Hamamı" adlanan ərazidə yıxılan şəxsin ad-soyadı məlum olub.
Məlum olub ku, Qaxın Zəyəm kənd sakini, 1993-cü il təvəllüdlü Abdullazadə Zəfər Mirzə oğludur.
O, hadisə yerindən təxliyə edilərək müayinə olunmaq üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, hadisə ilə əlaqədar əraziyə FHN-in Qax Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, Qax Rayonu Mərkəzi Xəstəxanasının həkimləri əraziyə cəlb olunub.
***
Qax rayonunda qayalıq ərazidə turist yıxılıb, hazırda onun təxliyəsi həyata keçirilir.
Hadisə Qax rayonunun mərkəzindən 20, İlisu kəndindən isə 7 km məsafədə yerləşən "Hamam dərəsi" adlanan ərazidə baş verib.
Ağır xəsarət aldığı bildirilən turistin təxliyəsi üçün Qax Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, Qax Rayonu Mərkəzi Xəstəxanasının həkimləri əraziyə cəlb olunub.
Hazırda xilasetmə işləri davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.