RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaxarova: Kiyevə yeni silah tədarükü əlavə itkilərə səbəb olacaq

Son bir həftə ərzində Qərbin bir sıra ölkələri yeni silah tədarükünü elan ediblər.
Sputnik
BAKI, 30 iyun - Sputnik. Kiyev rejiminə Qərb silahlarının daimi tədarükü Ukraynadakı münaqişənin həllinə kömək etmir, mülki şəxslər də daxil olmaqla yalnız yeni qurbanlara səbəb olur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
"Ukraynaya növbəti silah tədarükü yalnız silahlı münaqişənin kəskinləşməsinə gətirib çıxarır. Bunlar məsuliyyətsiz addımlardır, bu cür hərəkətlərin nəticəsi arasına bölgənin dinc əhalisi da daxil olmaqla çoxsaylı qurbanlardır" – deyə “TACC” Zaxarovanın sözlərindən nümunə gətirib.
Xatırladaq ki, son bir həftə ərzində Qərbin bir sıra ölkələri yeni silah tədarükünü elan ediblər. Xüsusilə, Almaniya yaxın illərdə 45 ədəd “Hepard” zenit özüyeriyən qurğusunu, altı ədəd “IRIS-T SLM” hava hücumundan müdafiə kompleksini, Litva - iki “NASAMS” zenit raket kompleksi Kiyev rejiminə təhvil verəcək.
Eyni zamanda, Avstraliya hakimiyyəti “Hawkei” zirehli maşınları və “Bushmaster” zirehli nəqliyyat vasitələrinin daxil edilməyəcəyi yeni hərbi yardım paketini elan edib.
İyunun 27-də isə Pentaqon 50-dən çox ağır zirehli texnikanın, tank əleyhinə sistemlərin, hava hücumundan müdafiə raketlərinin, əlavə sursat və digər avadanlıqların daxil ediləcəyi 500 milyon dollar məbləğində 41-ci hərbi yardım paketi barədə məlumat verib.