BAKI, 30 iyun - Sputnik. Qərbin Rusiya Federasiyası və Belarusa göstərdiyi total təzyiq onların qardaşlığının möhkəmlənməsinə töhfə verib.
Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
Parlamentin yuxarı palatasının sədrinin sözlərinə görə, Rusiya və Belarus siyasi, iqtisadi və humanitar sahələrdə dünyada analoqu olmayan unikal münasibətlər sistemi qurublar.
“Biz heç kimin əleyhinə deyil, yalnız ölkələrimizin müstəqilliyi və firavanlığı naminə dostuq. Bu, İttifaq Dövlətinin gücünün qarantiyası və Rusiya Federasiyası və Belarus vətəndaşları arasında inteqrasiyanın əldə etdiyi dəstəyin əsasıdır ", - deyə “RİA Novosti” Matvienkonun bəyanatından sitat gətirir.
Federasiya Şurasının spikeri İttifaq dövlətinin istənilən çağırışlara uğurla müqavimət göstərə biləcəyinə əminliyini ifadə edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası və Belarus öz iqtisadiyyatlarının sabitliyini təmin etmək üçün hər şeyi edirlər.