BAKI, 30 iyun - Sputnik. Afrika ölkələrinin yarıdan çoxu Rusiya-Afrika sammitində iştirak etməyə razılıq verib.
Bu barədə “Lenta.ru”nun müxbiri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına istinadən xəbər verib.
Nazir bildirib ki, iyulun sonunda keçiriləcək sammitlə bağlı böyük bəyannamə hazırlanır. Sənəddə Rusiya ilə Afrika ölkələri arasında bir neçə il ərzində münasibətlərin qurulması planı yer alacaq.
O, həmçinin qeyd edib ki, Qərb dövlətləri Afrika dövlətlərinin tədbirdə iştirakına mane olmaq üçün onlara təzyiq göstərməyə çalışırlar. Bununla bağlı Lavrov Qərbə Afrika ölkələrinə “böyüklər kimi” yanaşmağa başlamağı tövsiyə edib.