BAKI, 30 iyun - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin məqsədini BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) genişlənməsinə mane almaq və dünyada onun nüfuzunu artırmaq adlandırıb.
Bu barədə Rusiya mediası Sergey Lavrovun açıqlamasına istinadən xəbər verib.
"Məqsəd Rusiyanın, Çinin, və ya başqa ölkələrin öz həmfikirlərinin sıralarını gücləndirməsinə mane olmaq, BRİKS-in genişlənməsinin qarşısını almaq və dünyada onun nüfuzunu artırmaqdır", - deyə Rusiya XİN rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Qərb ölkələri Avrasiya İqtisadi İttifaqı (Aİİ), Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), eləcə də Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası və "bir kəmər - bir yol" layihəsi çərçivəsində Avrasiyada vahid prosesləri pozmaq niyyətindədirlər.
Bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov 20-yə yaxın ölkənin BRİKS qrupuna qoşulmaq istədiklərini ifadə edərək, BRİKS-in beynəlxalq aləmdə mühüm rolunu qeyd edib.
Qərbin Afrika ölkələrinə olan təzyiqi
Afrika ölkələrinin yarıdan çoxu Rusiya-Afrika sammitində iştirak etməyə razılıq verib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir bildirib ki, iyulun sonunda keçiriləcək sammitlə bağlı böyük bəyannamə hazırlanır. Sənəddə Rusiya ilə Afrika ölkələri arasında bir neçə il ərzində münasibətlərin qurulması planı yer alacaq.
O, həmçinin qeyd edib ki, Qərb dövlətləri Afrika dövlətlərinin tədbirdə iştirakına mane olmaq üçün onlara təzyiq göstərməyə çalışırlar. Bununla bağlı Lavrov Qərbə Afrika ölkələrinə “böyüklər kimi” yanaşmağa başlamağı tövsiyə edib.
Taxıl sazişi
Taxıl sazişinə xitam veriləcəyi təqdirdə, Rusiya öz hesabına ən yoxsul ölkələrə lazımi həcmdə taxıl tədarükünü təmin edəcək.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn brifinqdə qeyd edib.
Lavrov bildirib ki, “Tolyatti-Odessa” ammonyak boru kəmərini partladan Ukrayna Silahlı Qüvvələrinin (USQ) terror aktı “səbr kasasında daha bir damla” olub.
“Qara dəniz təşəbbüsünü davam etdirmək istəyənlərin hansı arqumentləri olduğunu görmürəm, çünki o, Ukrayna taxılı baxımından çoxdan kommersiya halına gəlib”, - deyə nazir qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin vurğulayıb ki, 2023-cü ildə Rusiyada taxıl ixracının təxminən 50 milyon tona çatacağı gözlənilir. Müvafiq olaraq, Rusiya tərəfdaşları taxıl sazişinin dayandırılmasından zərər görməyəcəklər.
"Qara dəniz təşəbbüsünün başlanmasından bəri Ukraynadan 32,5 milyon ton taxıl, ilk növbədə qarğıdalı, yağlar, buğda ixrac olunur. Alıcıların demək olar ki, 40%-i Avropa İttifaqı (Aİ), 24%-i Çin, təxminən 10%-i Türkiyədir və bu taxılların 2,5%-dən bir qədər çoxu ən yoxsul ölkələrə ixrac edilib. Biz təşəbbüsün dayandırılması halında ən kasıb ölkələrə öz hesabımıza pulsuz taxıl tədarükünü təmin edəcəyik”, - deyə Lavrov fikrini yekunlaşdırıb.
Bu yaxınkarda Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, sazişinin şərtləri yerinə yetirilmədiyinə görə onun uzadılması üçün heç bir ilkin şərt yoxdur.
ABŞ-ın "üsyançı Rusiya"nı məhv etmək istəyi
Amerika hakimiyyətinin hərəkətlərinin məntiqi izahı “onun yolu üzərinə keçməyə cəsarət edən üsyançı Rusiyanı dərhal aradan qaldırmaq” zərurətidir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Mən Amerika mövqeyinin təkamülünü, ümumiyyətlə kollektiv Qərbin hərəkətlərini çox diqqətlə izləyən bir çox dostlarımın qiymətləndirmələrinə arxalanıram”, - nazir deyib.
Lavrov Qərbin, əgər istənilən başqa ölkə Rusiya kimi öz maraqlarını qətiyyətlə müdafiə etməyə başlayarsa, o ölkəyə qarşı da “silahlanacağı” fikrini ifadə edib. O əlavə edib ki, Rusiya Federasiyası ilə bağlı vəziyyət əksər ştatlarda “çox dərin düşüncə prosesinə” səbəb olub.
“Özünə hörmət edən, öz adət-ənənələri əsasında, tarixinə, əcdadlarına hörmət edərək, milli maraqlarına arxalanaraq yaşamaq istəyən hər bir ölkə, əlbəttə ki, hazırda bizim əsas sahələrdə suverenliyə necə nail olduğumuzdan nümunə götürəcək”, - deyə nazir vurğulayıb.
Qeyd edık ki, Lavrov daha əəvəl də Qərbin beynəlxalq aləmdə hegemonluğunu saxlamaqla məşğul olmaq hərisliyi barədə fikir söyləmişdi.