BAKI, 30 iyun - Sputnik. Amerika hakimiyyətinin hərəkətlərinin məntiqi izahı “onun yolu üzərinə keçməyə cəsarət edən üsyançı Rusiyanı dərhal aradan qaldırmaq” zərurətidir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Mən Amerika mövqeyinin təkamülünü, ümumiyyətlə kollektiv Qərbin hərəkətlərini çox diqqətlə izləyən bir çox dostlarımın qiymətləndirmələrinə arxalanıram”, - nazir deyib.
Lavrov Qərbin, əgər istənilən başqa ölkə Rusiya kimi öz maraqlarını qətiyyətlə müdafiə etməyə başlayarsa, o ölkəyə qarşı da “silahlanacağı” fikrini ifadə edib. O əlavə edib ki, Rusiya Federasiyası ilə bağlı vəziyyət əksər ştatlarda “çox dərin düşüncə prosesinə” səbəb olub.
“Özünə hörmət edən, öz adət-ənənələri əsasında, tarixinə, əcdadlarına hörmət edərək, milli maraqlarına arxalanaraq yaşamaq istəyən hər bir ölkə, əlbəttə ki, hazırda bizim əsas sahələrdə suverenliyə necə nail olduğumuzdan nümunə götürəcək”, - deyə nazir vurğulayıb.
Qeyd edık ki, Lavrov daha əəvəl də Qərbin beynəlxalq aləmdə hegemonluğunu saxlamaqla məşğul olmaq hərisliyi barədə fikir söyləmişdi.