HADİSƏ

Ağstafada avtobus minik maşını ilə toqquşub, ölən var

Hərəkətdə olan "Daewo" markalı avtobusla minik maşını toqquşub.
Sputnik
BAKI, 30 iyun - Sputnik. Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Daewo" markalı avtobusla minik maşını toqquşub.
Qəza zamanı bir nəfər ölüb, 1969 -cü il təvəllüdlü Tovuz sakini Bəsti Məmmədov isə xəsarət alıb.