RUSİYA

Zaxarova: “Rusiya Karlşorst muzeyinin tarixi əhəmiyyətini ləkələməyə imkan verməyəcək”

Rusiya XİN sözçüsü muzeyin indiki statusunu 1994-cü ildə Rusiya-Almaniya hökumətlərarası sazişinə uyğun olaraq 1995-ci ildə almasına diqqət çəkib.
Sputnik
BAKI, 29 iyun - Sputnik. Almaniya hakimiyyət orqanları İkinci Dünya Müharibəsinin səbəblərini və nəticələrini unutdurmaq üçün “Berlin-Karlşorst” rus-alman muzeyinin ilkin məqsədini ört-basdır etməyə çalışırlar. Rusiya buna imkan verməyəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
Almaniyanın "Süddeutsche Zeitung" nəşri tarixi ekspozisiyanın Rusiyaya həddən artıq diqqət yetirdiyini və Ukraynadakı vəziyyəti nəzərə alaraq muzeyin keçmiş strukturunun saxlanmasının qəbuledilməz olduğunu iddia edib.

“Muzeyin hazırkı Almaniya hökuməti kuratorları siyasi vəziyyət naminə müasir Almaniyada İkinci Dünya Müharibəsinin səbəblərini və nəticələrini unutdurmağa, tarixini yenidən yazmağa, onun ilkin məqsədini gizlətməyə çalışırlar. Qırmızı Ordunun həlledici rolunu inkar edirlər”, - deyə diplomat qeyd edib.

O, muzeyin indiki statusunu 1994-cü ildə Rusiya-Almaniya hökumətlərarası sazişinə uyğun olaraq 1995-ci ildə almasına diqqət çəkib ki, burada digər məsələlərlə yanaşı, “Rusiya tərəfinin onun idarəetmə orqanlarında təmsil olunmasını təmin etmək öhdəliyi” nəzərdə tutulur.
"Müəssisənin qəyyumlar şurasına Rusiya və Almaniyanın nazirliklərinin, idarələrinin, muzeylərinin, daha sonra isə Böyük Vətən Müharibəsi illərində Belarus və Ukrayna muzeylərinin nümayəndələri daxil idi”, - Zaxarova qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.