DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail "İbrahim razılaşmalarını" genişləndirməyə çalışacaq - Baş nazir

2020-ci ilin sentyabrında Vaşinqtonda İsrailin ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair imzaladığı sənədlər Qərbdə "İbrahim sazişləri" adlanırılır.
Sputnik
BAKI, 29 iyun - Sputnik. İsrail ərəb və müsəlman ölkələri ilə ərəb-İsrail münaqişəsinin sona çatmasına kömək edə biləcək "İbrahim sazişləri" kimi tanınan sülh razılaşmalarını genişləndirmək niyyətindədir. Bunu İsrailin baş naziri Benyamin Netanyahu “The Wall Street Journal”a müsahibəsində deyib.

“Düşünürəm ki, çoxlu sayda ərəb dövlətləri ilə sülh bağlamaq mümkündür, bu da ərəb-İsrail münaqişəsinə faktiki son qoyacaq. İnanıram ki, bu, Fələstinlə də sülhə gətirib çıxaracaq", deyə Netanyahu bildirib.

O, həmçinin qeyd edib ki, 2022-ci ilin dekabrından hakim koalisiyaya daxil olan ultra-pravoslav partiyalar yeni sazişlərin bağlanmasına mane ola bilməyəcəklər.
“Nəticədə mən və “Likud”dan olan həmkarlarım siyasəti müəyyən edirik" (Netanyahunun rəhbərlik etdiyi İsrailin hakim partiyası – TASS qeydi)”, - deyə baş nazir vurğulayıb.
2020-ci ilin sentyabrında Vaşinqtonda İsrail tərəfi ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədlər imzalayıb. Qərbdə üçtərəfli razılaşma "İbrahim sazişləri" adlanırılıb.
Daha sonra Sudan və Mərakeş İsraillə münasibətlərin normallaşdığını elan ediblər. BƏƏ və Bəhreynlə sülh bağlanmazdan əvvəl ərəb ölkələrindən olan yəhudi dövləti yalnız Misir və İordaniya ilə diplomatik əlaqələrə malik idi.
2022-ci il martın sonunda İsraildə keçirilən ilk "Negev Sammiti"ndə dörd ərəb ölkəsinin (Bəhreyn, Misir, Mərakeş, BƏƏ) nazirləri iki dövlətin - Fələstin və İsrailin 1967-ci ildəki sərhədlər daxilində yaradılması qərarını dəstəklədiklərini təsdiqləyiblər, Yaxın Şərq sülh prosesinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.