RUSİYA

Rusiya Dövlət Duması İsveç hakimiyyətinin hərəkətlərini pisləyən bəyanat qəbul etdi

İraqdan olan 37 yaşlı mühacir Salvan Momika müsəlmanların müqəddəs kitabının səhifələrini qopararaq onu yandırıb.
Sputnik
BAKI, 29 iyun - Sputnik. Rusiya Dövlət Duması cümə axşamı keçirilən plenar iclasda müsəlmanların Qurban bayramında Quranın yandırılmasına icazə verən İsveç hakimiyyətinin hərəkətlərini pisləyən bəyanat qəbul edib.
İyunun 28-də Stokholmun mərkəzində Medborjarplatsen meydanında polisin icazəsi ilə Quranın yandırılması aksiyası keçirilib.
Onun təşkilatçısı, əvvəllər belə bir nümayişə icazə verilməmiş İraqdan olan 37 yaşlı mühacir Salvan Momika müsəlmanların müqəddəs kitabının səhifələrini qopararaq onu yandırıb.
Yandırılmadan əvvəl o, kitabın bir nüsxəsinin üstünə donuz əti qoyub ki, bu da dindarlar üçün xüsusilə təhqiredici bir jestdir.

“Rusiya Dövlət Dumasının deputatları İsveç hakimiyyətinin təsdiqlədiyi növbəti vandalizm aktını qətiyyətlə pisləyir və onları müsəlmanların hüquqlarının pozulmasının və dini hisslərinin təhqir olunmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırır”, - bəyanatda deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.