RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin vaxtın Rusiyanın tərəfində olduğuna inanır - Orban

Macarıstanın baş naziri qeyd edib ki, Putin ərazi iddialarının və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib.
Sputnik
BAKI, 29 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyata başlamazdan bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrini (USQ) güclü və yaxşı təchiz olunmuş ordu kimi qiymətləndirib. Bu təxminləri Almaniyanın "Bild" nəşrinə müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.

“Ukrayna məsələsində o, Ukrayna ordusunun çox güclü olduğunu və Qərb tərəfindən çox yaxşı təchiz olunduğunu söylədi. Əsgərlər çox yaxşı hazırlanıb. Beləliklə, əgər münaqişə varsa, bu, çox mürəkkəb münaqişə olacaq. Onun məndə yaratdığı təəssürat ondan ibarət oldu ki, buna baxmayaraq, o, vaxtın Rusiyanın tərəfində olduğuna inanır”, – siyasətçi 2022-ci il fevralın 1-də Moskvaya səfəri zamanı söhbəti barədə danışıb.

Orban qeyd edib ki, Putin ərazi iddialarının və münaqişəni sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib.
“Diplomatiya son nəticədə uğursuz oldu və indi ordu baş verənləri Kiyevə diktə edir. Biz siyasəti və diplomatiyanı öz əlimizə almalıyıq - atəşkəs və danışıqlar başlamalıdır. Bu, hazırda insanların həyatını xilas edə biləcəyimiz yeganə yoldur”, - Macarıstanın baş naziri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.