BAKI, 29 iyun — Sputnik. Rusiya və Belarus sanksiyalar qarşısında öz iqtisadiyyatlarının sabitliyini təmin etmək üçün hər şeyi edir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiya-Belarus Regionları Forumunun iştirakçılarına videomüraciətlə çıxış edən dövlət başçısı qeyd edib ki, Rusiya Federasiyasının bütün subyektləri, o cümlədən yeni ərazilər Belarusla qarşılıqlı faydalı əlaqələr saxlayır.
O əlavə edib ki, regionların ildən-ilə artan əməkdaşlığı iki ölkə arasında müttəfiqlik əlaqələrinin əsasını təşkil edir. Sanksiyalar çərçivəsində hər iki ölkə istehsalın istiqamətini dəyişdirməyə imkan verən ticarəti inkişaf etdirir.
Prezident vurğulayıb ki, Belarus Rusiyanın MDB məkanında birinci, dünyada isə dördüncü ticarət tərəfdaşıdır.
Putin daha əvvəl bildirmişdi ki, dünyada baş verən geri dönməz dəyişikliklərə görə Rusiyanın proaktiv iqtisadi siyasətə ehtiyacı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.