RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov ZAES haqqında: Kiyev təxribatları təhlükəsi daimidir

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, Ukrayna rejiminin təxribat təhlükəsi daimidir, bunu Kaxovskaya SES-də törədilən təxribat nümayiş etdirdi.
Sputnik
BAKI, 29 iyun - Sputnik. Ukrayna rejiminin təxribat təhlükəsi daimidir, bunu Kaxovskaya SES-də törədilən təxribat nümayiş etdirdi. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Zaporojye nüvə enerjisi ilə bağlı vəziyyətdən danışarkən deyib.
Bundan əvvəl məlum olub ki, Ukraynanın Dnepropetrovsk və Nikolayev vilayətlərində, həmçinin Zaporojye və Ukraynanın bəzi hissələrində Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) mümkün fövqəladə hallar zamanı tədbirlərin işlənib hazırlanması üzrə irimiqyaslı təlimlər keçirilir.

"Ukrayna rejiminin təxribat təhlükəsinə gəlincə, bu təhlükə daimidir. Kaxovskaya SES-də baş verən infrastruktur təxribatı bunu nümayiş etdirdi", - Peskov bildirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin SES-in dağıdılmasını Kiyev rejiminin vəhşi əməli adlandırıb və bunun genişmiqyaslı ekoloji və humanitar fəlakətə səbəb olduğunu qeyd edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Kiyev rejimi Xerson istiqamətində mövqelərini itirdiyi üçün Kaxovskaya su elektrik stansiyasını partladıb, oradan qoşunları əks-hücum zonasına keçirib.
Kaxovka su elektrik stansiyası Xerson vilayətinin Novaya Kaxovka şəhərindən beş kilometr aralıda yerləşən Dnepr su elektrik stansiyaları kaskadının altıncı (aşağı və sonuncu) mərhələsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.