Məkkə və Mədinədə ziyarətgahları ziyarət etmək İslam dininin rüknlərindən biridir, Həcc ziyarətini imkan daxilində hər bir müsəlman yerinə yetirməlidir. Qurani-Kərimdə belə buyurulur:
“İnsanlar Allah qarşısında Evi (Kəbəni) həcc etməyə borcludur, əgər bu yolu gedə bilirlərsə.”
2023-cü ildə Həcc ziyarəti iyunun 26-dan iyulun 1-dək davam edəcək. Bu il 1,5 milyondan çox müsəlman İslamın əsas ziyarətgahlarını ziyarətə gedib.
Qeyd edək ki, bu il Azərbaycan üçün kvota 1440 nəfər olub. Zəvvarların ilk qrupu iyunun 17-də yola düşüb. Ümumilikdə iyunun 17-dən 21-dək səkkiz uçuş həyata keçirilib. Zəvvarlar iyulun 5-dən 11-dək Vətənə qayıdacaqlar.
Azərbaycanlılar üçün Həcc ziyarətinin qiyməti adambaşına 5750 dollar təşkil edir. Bu il Qurban bayramı - Həccin başa çatması Azərbaycanda 28-29 iyun tarixlərində qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.