“Fransa qarışıb, ölüm halları adiləşib, xüsusən, irqi ayrı-seçkikilik zəmində toqquşmalar, ölüm halları çoxalıb. Bu nə ilə bağlıdır?! Yaranmış bu vəziyyət ilk növbədə Makronun yürütdüyü siyasətlə bağlıdır. İnsanların küçələrə axışması, toqquşmalar sadəcə etiraz bildirmək deyil, hər kimsə bu hadisəni məhdud çərçivədə etiraz kimi qiymətləndirsə, yanılmış olar", - deyə deputat bildirib.
"Baş verənlər xalqın Makrona etimadsızlığının göstəricisidir. Fransa vətəndaşları artıq itaətsizliyə başlayıb. Bu o deməkdir ki, Makron siyasəti ölkə daxilində də uğursuzluğa düçar olub, o, xalq arasında etimadını itirib. Baş verənlər belə bir mülahizə yürütməyə əsas verir ki, hadisələr genişlənəcək. Və bu itaətsizlik sonda Makronun siyasi sonunu gətirə bilər”, - deyə deputat əlavə edib.