AZƏRBAYCAN XƏBƏRLƏRİ

XİN başçısı Blinkenə Ermənistanın qəbuledilməz davranışı və sarsıdıcı səylərini anladıb

Ceyhun Bayramov Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenlə görüşündə nə danışdıqları barədə yazıb.
Sputnik
BAKI, 28 iyun - Sputnik. ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenlə görüşüb.
Bu barədə Ceyhun Bayramov özünün Twitter hesabında yazıb.
“ABŞ-a işgüzar səfərim çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdüm. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi ətrafında fikir mübadiləsi aparıldı. Ermənistanın sülh səylərinə meydan oxuyan qəbuledilməz davranışı və sarsıdıcı səyləri vurğulandı”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Xatırladaq ki, Ceyhun Bayramov rəsmi Vaşinqtonun vasitəçiliyi ilə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. İyunun 28-də başlayan ikitərəfli və üçtərəfli danışıqlar iyunun 29-da da davam etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.