BAKI, 28 iyun — Sputnik. Ukrayna qoşunları XHƏ zonasında Luqansk istiqamətində aktiv əməliyyatları azaldıb. Bu barədə "TASS" LXR xalq milislərinin istefada olan polkovnik-leytenantı Andrey Maroçkoya istinadən məlumat yayıb.
Hərbi ekspertin sözlərinə görə, buna səbəb Ukrayna Silahlı Qüvvələrinin sıralarında müntəzəm itkilər və hücum potensialının tükənməsi olub.
Bundan əvvəl bildirilmişdi ki, ötən həftə Rusiya qoşunları Luqansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 2,6 minə yaxın əsgərini və xarici muzdluları məhv edib. RF Silahlı Qüvvələri Ukrayna hərbçilərinin 50-dən çox hücumunu uğurla dəf edib.
ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Scott Ritter, Ukrayna Prezidenti Vladimir Zelenskinin USQ-nin uğursuz əks-hücumundan sonra məğlubiyyətini etiraf etməli olacağı fikrini ifadə edib.