RUSİYA

Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə nə danışıb?

Telefon danışığı zamanı ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və beynəlxalq vəziyyət müzakirə edilib.
Sputnik
BAKI, 28 iyun - Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə telefon danışığı aparıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və beynəlxalq vəziyyət müzakirə edilib.
"Bu gün Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, diviziya generalı Məhəmməd Baqiri arasında telefon danışığı olub. İkitərəfli münasibətlərin aktual məsələləri, hərbi və hərbi-texniki əməkdaşlıq müzakirə olunub, regional təhlükəsizlik və beynəlxalq vəziyyət məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər müdafiə sahəsində dialoqu dərinləşdirmək və təmasları inkişaf etdirmək niyyətini təsdiqləyiblər”, - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.