BAKI, 28 iyun - Sputnik. "Moskva Qarabağda atəşkəs rejiminin tez-tez pozulmasından narahatdır. Biz tərəfləri məsələlərin sülh və diplomatik yolla həllinə çağırırıq".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, Rusiya Federasiyası sülhməramlıları ilə birlikdə tərəfləri təmkinli olmağa və mübahisəli məsələlərin dinc, siyasi və diplomatik yolla həllinə çağırır:
"Rusiyanın rolu sənədləşdirilmişdir, bunda Ermənistan və Azərbaycanın imzası var. Bunu Rusiya tərəfi də təsdiqləyib".
Zaxarova əlavə edib ki, Cənubi Qafqazda sülh səyləri yalnız Moskvanın addımları ilə rəqabət aparmadıqda və Rusiyaya qarşı yönəlmədikdə işləyəcək.
"Qərb isə sadəcə özünü göstərmək, adını tarixə yazmaq və təsir imkanları əldə etmək istəyir", - deyə XİN rəsmisi qeyd edib.
Onun sözlərinə görə, Rusiya üçün sülh sazişinin möhkəm, dayanıqlı olması və tərəflərin maraqlarının tarazlığını təmin etməsi vacibdir.
"Buna isə 2020-2022-ci illərdəki üçtərəfli razılaşmaların addım-addım icrası ilə nail olmaq olar", - deyə o, əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.