BAKI, 28 iyun - Sputnik. Rusiya Federasiyası Ukraynada mülki infrastruktura zərbə endirmir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Kiyevin Rusiya Silahlı Qüvvələrinin zərbəsindən sonra Kramatorskda mülki əhalinin ölümü ilə bağlı ittihamlarına cavab olaraq bildirib ki, Rusiya hərbçiləri uşaqları Ukrayna Silahlı Qüvvələrinin atəşindən xilas etmək üçün risk edib.
"Moskva BMT məruzəçilərinin bu mövzuda ittihamlarını qətiyyətlə rədd edir", deyə Putinin sözçüsü vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.