BAKI, 28 iyun - Sputnik. Türkiyənin Xarici işlər naziri Hakan Fidan İsveçdə Quranın yandırılmasını pisləyib.
"Söz azadlığı adı ilə islama qarşı hərəkətlərə imkan vermək qəbuledilməzdir", - deyə nazir "Twitter"də qeyd edib.
O bildirib ki, bu cür çirkin əməllərə biganə qalmaq cinayət iştirakçısına çevrilmək deməkdir.
Qeyd edək ki, bu gün polisin icazəsi ilə iraqlı mühacir Stokholmda məscidin qarşısında Quran səhifələrini yandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.