BAKI, 28 iyun - Sputnik. “Ermənistan silahlı qüvvələri Cənubi Qafqaz regionunda sabitliyi pozan əsas amildir”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Twitter səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın paylaşımına münasibət bildirərkən yazıb.
"Ermənistanın baş naziri növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Azərbaycan tərəfi sadəcə öz hərbçisinin yaralandığı hərbi təxribata cavab tədbiri görüb", - o yazıb.
A.Hacızadə Cənubi Qafqaz regionunda sabitliyi pozan əsas amilin Ermənistan silahlı qüvvələri olduğunu qeyd edib: “Beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq, Ermənistan hərbçiləri Azərbaycan ərazisindən tam çıxarılmayıb”.
XİN sözçüsü bu qanunsuz birləşmələrin təhlükəsizliyə əsas təhdid olduğunu yazıb: “Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə, Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə həm sözdə, həm də əməldə hörmət etməlidir”.
Xatırladaq ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib. Nəticədə 4 terrorçu məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.