DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Priqojin Belarusdadır, ona təhlükəsizlik zəmanəti verilib - Lukaşenko

Belarusun müdafiə naziri Viktor Xrenin Vaqnerin Belarus ordusuna mane olmayacağını hesab edir.
Sputnik
BAKI, 27 iyun - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusa gəldiyini təsdiqləyib.
Lukaşenko Priqojinə təhlükəsizlik zəmanəti verildiyini söyləyib.
“Bəli, doğrudan da, o, bu gün Belarusdadır”, - deyə Lukaşenko vurğulayıb.
O, həmçinin bildirib ki, müdafiə naziri Viktor Xrenin Vaqnerin Belarus ordusuna mane olmayacağını hesab edir. Lukaşenkonun sözlərinə görə, o, Xreninə muzdluların özü ilə bu məsələni müzakirə etməyi təklif edib.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin nümayəndələri silahlı üsyana cəhd təşkil ediblər. Münaqişənin deeskalasiyasına dair razılıq Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ÖHŞ-in rəhbəri Yevgeni Priqojin arasında aparılan danışıqlar nəticəsində əldə olunub. Nəticədə Priqojin "Vaqner" dəstələrini Rostov-na-Donudan çəkərək öz qərargahına dönüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.