CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edəcək

Qəbulda Qax, Zaqatala, Balakən rayonundan və Şəki şəhərindən olan vətəndaşların ərizə, müraciət və təkliflərinə baxılacaq.
Sputnik
BAKI, 27 iyun - Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qax rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, qəbul iyulun 7-də, saat 10:00-da rayonun Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda Qax, Zaqatala, Balakən rayonundan və Şəki şəhərindən olan vətəndaşların ərizə, müraciət və təkliflərinə baxılacaq.