BAKI, 27 iyun - Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Twitterdə məlumat yayıb.
Qeyd edək ki, görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.
ABŞ dövlət katibi Entoni Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.