Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Azərbaycan MN: "Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik"

Müdafiə Nazirliyi məlumat yayıb.
Sputnik
BAKI, 27 iyun - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan tərəfinin yaydığı məlumatı qəti şəkildə təkzib edib.
Bu barədə nazirlikdən bildirilib.
"İyunun 27-si saat 13:15 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən istiqamətində zavodun atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.