"Ancaq bu sənədin milli mentalitetimizə uyğun olmadığını hesab edirəm. Çünki süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Düzdür, hüquqi, tibbi və teoloji nöqteyi-nəzərdən baxa bilərik, mən daha çox teoloji istiqamətdə baxıram. Əgər Allah qismət etməyibsə, əleyhinə getmək olmaz. Bunu parlamentdə müzakirə etməyin heç bir yeri yoxdur. Əgər başqa ölkələrdə bunu tətbiq edirlərsə, özləri bilərlər. Məsələn, Rusiyada bir nəfər 40 uşaq dünyaya gətirir, ancaq bunu Azərbaycanda tətbiq etmək olmaz".
"Burada hansısa kənar donordan söhbət gedə bilməz. Azərbaycanda tibbin də ümumi yanaşması bu istiqamətdədir. Avropada bu proses başqa istiqamətdə həyata keçirilir. Bu kimi ölkələrdə donorlardan istifadə edilir. Reproduktiv sağlamlıq təkcə süni mayalanmadan ibarət deyil. Burada iştirak edən fərdlərin sağlamlığı, bu prosesin həyata keçirilməsinin təhlükəsizliyi, etik dəyərlərin qorunması, uyğun müəssisənin seçilməsi və sair məqamlar var".
"Skandinaviya ölkələrində süni mayalanmanın bütün mərhələləri Xidmətlər Zərfinə daxildir. Qardaş Türkiyədə isə bu prosedurun bir dəfə icrası sığorta hesabına həyata keçirilir. Bu gün Azərbaycanda süni mayalanma vətəndaşın öz vəsaiti hesabına aparılır. Amma təklif var ki, gələcəkdə süni mayalanma bir dəfə bütün mərhələlər daxil olmaqla sığorta hesabına aparılsın. Bu hələ ki, müzakirələr ərəfəsindədir. Bunun üçüb icbari tibbi sığorta fondunda vəsait olmalıdır. Bundan sonra biz bir çox tibbi xidmətləri icbari tibbi sığorta çətirinə ala bilərik".