“Biz Azərbaycanın Qarabağ iqtisadi zonası ərazisində qalan bu qanunsuz silahlı birləşmələrin imkanlarını yüksək qiymətləndirmirik, onların sayını, silahlarını, mənəvi-psixoloji durumlarını bilirik, nəyə qadir olduqlarını bilirik. Sizi əmin edirəm ki, onların Azərbaycan ordusuna qarşı həyata keçirə biləcəkləri hər hansı hərəkətdə qətiyyən şansı yoxdur”, - deyə müdafiə naziri vurğulayıb.
"Əgər onlar təxribatlara əl atıb Azərbaycan Silahlı Qüvvələrinə qarşı hansısa qanunsuz əməllər törətmək qərarına gəlsələr, o zaman Azərbaycan ordusunun bir korpusu, bu qanunsuz silahlı birləşmələrin öhdəsindən gələ bilər. Qüvvələr və vasitələrin balansı bizim xeyrimizədir. Bu o deməkdir ki, bizim korpuslarımızdan sadəcə biri bu qanunsuz silahlı birləşmələri tərksilah etmək iqtidarındadır”, - deyə Azərbaycan müdafiə naziri qeyd edib.
"Həmçinin ordunun qarşısında duran yeni vəzifələrin, Azərbaycana qarşı səslənən təhlükələrin həllini təmin edən yeni raket komplekslərinin alınması da var", - Müdafiə Nazirliyinin rəhbəri bildirib.