BAKI, 26 iyun — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bazar ertəsi Dəməşqə səfəri zamanı Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparacaq.
Bu barədə RİA Novosti Suriya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
"Suriya prezidenti Bəşər Əsəd və xarici işlər naziri Feysəl əl-Mikdad Dəməşqdə qonaq olan Rusiya xarici işlər nazirinin müavini ilə görüşəcək", - mənbə bildirib.
Verşinin ilə Dəməşqdə danışıqlar Rusiya, Suriya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinlərinin Astanada keçiriləcək görüşündən sonra baş tutur.
XİN rəhbərlərinin müavinləri Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.