BAKI, 26 iyun — Sputnik. Fransanın baş naziri Elizabet Born iyulun birinci yarısında miqrasiya siyasətinin sərtləşdirilməsi də daxil olmaqla bir neçə əsas islahatları təqdim edəcək. Bu barədə Fransa prezidenti Emmanuel Makron “La Provence” qəzetinə müsahibəsində bildirib.
"İyulun ilk iki həftəsində biz yeni dövlət maliyyə strategiyasını, immiqrasiya və ətraf mühitin planlaşdırılması sahəsində əldə edilən irəliləyişləri təqdim etməliyik və bununla Elizabet Born məşğul olacaq", - Fransa prezidenti deyib.
Makron onu da vurğulayıb ki, hökumətdə mümkün dəyişikliklərlə bağlı mətbuatda yayılan şayiələr fonunda Borna tam etimad göstərir.
Fransa Prezidenti xatırladıb ki, ölkədə genişmiqyaslı etirazlara səbəb olan qalmaqallı pensiya islahatının qəbulundan sonra hökumətin fəaliyyətini “yenidən başlamaq” üçün baş nazirə 100 gün vaxt verib və bu müddət iyulun 14-də başa çatır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.