BAKI, 26 iyun - Sputnik. Rusiyanın İdman naziri Oleq Matitsin bildirib ki, azərbaycanlı həmkarı Faiq Qayıbovla danışıqlar zamanı Azərbaycanı Rusiya idman idarəsinin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etməyə dəvət edib.
“Biz Azərbaycan tərəfini bu il qeyd olunan Rusiya İdman Nazirliyinin 100 illik yubileyi çərçivəsində "Rusiya - idman gücü" forumuna, 2023-cü ilin dekabrında keçirilməsi planlaşdırılan 100 illik yubiley mərasimində iştirak etməyə dəvət etmişik. Azərbaycan avqustda Yekaterinburqda keçiriləcək Universitet İdman Festivalında da iştirak edəcək”, - deyə Matitsin bazar ertəsi Bakıda jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, Azərbaycan uzun müddətdir ki, Rusiya Federasiyasının idman layihələrində fəal iştirak edir.
“Ümid edirəm ki, bu əməkdaşlıq davam etdiriləcək”, - deyə qurum rəhbəri bildirib.
Matitsinin sözlərinə görə, azərbaycanlı həmkarı gələn ilin martında Kazanda keçiriləcək “Gələcəyin Oyunları” rəqəmsal turnirində də iştirak etməkdə maraqlı olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.