RUSİYA

Almaniya Avropa Komissiyasının istəyinə etiraz edib

Almaniya hökumətinin nümayəndələrindən biri FT-yə bildirib ki, Avropa Komissiyasının planı çox yüksək hüquqi risklər daşıdığından, çətin ki, dəstəklənsin.
Sputnik
BAKI, 26 iyun — Sputnik. Almaniya Avropa Komissiyasının Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukraynanı bərpa etmək üçün istifadə etmək istəyinə etiraz edib. Bu barədə "Financial Times" (FT) yazır.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ötən həftə bildirib ki, o, yaxın aylarda Rusiyanın dondurulmuş aktivlərinin saxlanmasından milli maliyyə institutlarının əldə etdiyi gəlirlərin Ukraynanın maliyyələşdirilməsinə sərf edilməsinə dair təklif təqdim etmək niyyətindədir.
Almaniya hökumətinin nümayəndələrindən biri FT-yə bildirib ki, Avropa Komissiyasının planı çox yüksək hüquqi risklər daşıdığından, çətin ki, dəstəklənsin.
Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi öz növbəsində qeyd edib ki, Moskva Ukraynaya dəymiş ziyanı ödəməlidir, lakin bunun üçün Rusiya aktivlərindən istifadə mürəkkəb maliyyə və hüquqi məsələlər yaradır.
Almaniyanın ədliyyə naziri Marko Buşmanın Avropa Komissiyasının təklifini öyrəndiyini və bunun "hüquqi baxımdan tətbiq edilə bilməyəcəyi" qənaətinə gəldiyini açıqlayıb. Bundestaq ehtiyat edir ki, Rusiya Mərkəzi Bankının vəsaitlərindən istifadə təhlükəli presedentə çevriləcək və digər ölkələr öz xeyrinə xarici aktivləri geri çəkməyə başlayacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.