DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Çin XİN-in rəhbərliyi Pekində bir araya gəlib

Görüşdə Çin-Rusiya münasibətləri, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik
BAKI, 25 iyun — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Rudenko və Çinin xarici işlər naziri Çin Qan bazar günü Pekində bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.
"25 iyun 2023-cü ildə Çinin Dövlət müşaviri, xarici işlər naziri Çin Qan Pekində Rusiya xarici işlər nazirinin müavini Rudenko ilə görüşüb. Görüşdə Çin-Rusiya münasibətləri, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - deyə məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.