CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

RİNN bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Bayramlarla əlaqədar nazirlik qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib
Sputnik
BAKI, 25 iyun — Sputnik. 26 İyun – Silahlı Qüvvələr Günü və Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yaydığı məlumata istinadən xəbər verir ki, bununla əlaqədar nazirlik qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.