BAKI, 25 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Moskva. Kreml. Putin" proqramı üçün jurnalist Pavel Zarubinin müsahibəsində ABŞ Prezidenti Co Baydenin Rusiyanın nüvə silahından istifadə təhlükəsi ilə bağlı sözlərini şərh edərkən, əsası olmayan açıqlamalara əhəmiyyət vermədiyini bildirib.
ABŞ Prezidenti Co Bayden deyib ki, Rusiyanın nüvə silahından istifadə təhlükəsi realdır.
"ABŞ Prezidenti Co Baydenin son zamanlar dediklərini şərh etmək mənim üçün çətindir. Heç bir əsası olmayan şifahi açıqlamalara o qədər də əhəmiyyət verməzdim", - deyə nazir bildirib.
O əlavə edib ki, Zelenskinin Rusiyadan gələn nüvə təhlükəsi ilə bağlı bəyanatları "fırtınalı şüur axını"ndan başqa bir şey deyil.
"Mən öz qeyri-adekvatlığını dəfələrlə sübut edən insanların psixoloji vəziyyətinə görə məsuliyyət daşıya bilmərəm", - deyə Lavrov bildirib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ruslara müraciətində Qərbin anti-Rusiya siyasətində hər xətti keçdiyini, həmçinin Rusiyaya qarşı daim təhdidlər etdiyini bildirmişdi. Onun sözlərinə görə, Qərb Rusiyaya qarşı nüvə şantajından, kütləvi qırğın silahlarından istifadə edib. Rusiya lideri Rusiyanın bir sıra komponentlərinə görə xarici hərbi texnikadan üstün olduğunu xatırladıb və Rusiya Federasiyasını nüvə silahı ilə şantaj etməyə çalışanlara xəbərdarlıq edib ki, külək onların istiqamətinə dönə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.