RUSİYA

Kuba lideri Putinə və rusiyalılara dəstəyini bildirib

Kuba Prezidenti Migel Dias-Kanel Rusiyada birlik və konstitusiya nizamının zəfər çaldığını bildirib.
Sputnik
BAKI, 25 iyun — Sputnik. Kuba rəhbəri Migel Dias-Kanel Rusiya Prezidenti Vladimir Putinlə və "Vaqner" Özəl Hərbi Şirkətinin üsyan təhlükəsi qarşısında mitinq keçirən Rusiya vətəndaşları ilə həmrəy olduğunu bəyan edib.
Bu barədə o, "Twitter"də yazıb.
Kuba prezidenti Rusiyada birlik və konstitusiya nizamının zəfər çaldığını bildirib.
"Kuba xalqının və hökumətinin hörmətli prezident Putinə və Rusiya Federasiyasının qardaş xalqına ölkədə silahlı üsyana səbəb olmaq cəhdləri qarşısında həmrəyliyini bildirirəm. Biz əminik ki, birlik və konstitusiya nizamı qalib gələcək", – deyə Dias-Kanel yazıb.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin nümayəndələri silahlı üsyana cəhd təşkil ediblər. Münaqişənin deeskalasiyasına dair razılıq Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ÖHŞ-in rəhbəri Yevgeni Priqojin arasında aparılan danışıqlar nəticəsində əldə olunub.
Prezident Vladimir Putin ruslara müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcək. O, həmçinin qeyd edib ki, mülki və hərbi hakimiyyət orqanlarının işinin faktiki olaraq bloklandığı Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün qəti addımlar atılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.