CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX və DİN birgə əməliyyat keçirib, İranla sərhəddi pozan şəxslər saxlanılıb

Azərbaycanın İranla dövlət sərhəddini pozan Əfqanıstan vətəndaşı və Lənkəran sakini saxlanılıb.
Sputnik
BAKI, 25 iyun - Sputnik. 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.
Hadisə iyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.
DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, qeyd olunan tarixdə saat 07:00-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Amiri Məcid İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.