AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bayrama görə bu qurumlar gücləndirilmiş rejimə keçəcək

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.
Sputnik
BAKI, 25 iyun — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Sputnik Azərbaycan-a bu barədə Nazirlikdən məlumat verilib. Məlumata görə, 26 İyun – Silahlı Qüvvələr Günü və Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bununla əlaqədar nazirliyin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib. Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin son qərarı ilə əlaqədar iyunun 19-25-i iş günləri, iyunun 26-dan iyulun 2-dək isə qeyri-iş günləri hesab ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.