BAKI, 25 iyun - Sputnik. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton danışıqlarının tarixi dəqiqləşib.
Ermənistan XİN-in yaydığı məlumata görə, iyunun 27-dən etibarən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti raundu keçiriləcək.
Artıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfərə gedir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.