HƏRBİ

Azərbaycan Ordusunun zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib

Toplantı iştirakçılarına zədələnmiş texnikanın ərazidən təxliyəsinin həyata keçirilməsi, həmçinin təmir vasitələrindən düzgün istifadə qaydalarının ardıcıllığı praktiki nümayiş etdirilərək izah olunub.
Sputnik
BAKI, 25 iyun — Sputnik. 2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Toplantı iştirakçılarına zədələnmiş texnikanın ərazidən təxliyəsinin həyata keçirilməsi, həmçinin təmir vasitələrindən düzgün istifadə qaydalarının ardıcıllığı praktiki nümayiş etdirilərək izah olunub.
Toplantının keçirilməsində əsas məqsəd zirehli tank xidməti rəislərinin bilik və bacarıqlarının daha da artırılmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.