RUSİYA

Rusiya MN "Vaqner" üzvlərinə müraciət etdi

Bir neçə dəstədən olan yoldaşlarınız öz daimi dislokasiya məntəqələrinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün kömək istəməklə öz səhvlərini artıq başa düşüblər.
Sputnik
BAKI, 24 iyun — Sputnik. "Vaqner" qrupunun bir neçə dəstəsinin üzvləri daimi dislokasiya məntəqələrinə qayıtmağı xahiş ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin "Vaqner" qrupunun döyüşçülərinə ünvanlanmış müraciətində deyilir: "Bir neçə dəstədən olan bir çox yoldaşlarınız öz daimi dislokasiya məntəqələrinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün kömək istəməklə öz səhvlərini artıq başa düşüblər".
"Siz cinayətkar Priqojinin avantürasına və silahlı üsyanda iştiraka aldandınız", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qeyd edilir ki, müraciət edən bütün döyüşçülərə və komandirlərə artıq köməklik göstərilib.
"Biz sizdən ehtiyatlı davranmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Biz hər kəsin təhlükəsizliyinə zəmanət veririk", - Rusiya Müdafiə Nazirliyi bildirib.