RUSİYA

Putin Lukaşenko ilə danışıb

Vladimir Putin belaruslu həmkarına Rusiyadakı vəziyyət barədə məlumat verib.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya Rusiyadakı vəziyyət barədə məlumat verib. Bu barədə "BelTA" agentliyi Belarus prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Rusiya prezidenti bu gün səhər saatlarında Belarus prezidentinə zəng edib, telefon danışığı olub. Vladimir Putin belaruslu həmkarına Rusiyadakı vəziyyət barədə məlumat verib", - "BelTA" mətbuat xidmətinə istinadən xəbər verir.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putin müraciət edərək bildirib ki, Rusiyanın taleyi indi həll olunur, bu, xalqın bütün qüvvələrini birləşməsini tələb edir və birliyi parçalamaq cəhdləri isə arxadan zərbədir.
"Xalqımızın taleyinin həll olunduğu bu döyüş bütün qüvvələrin birləşməsini, birliyi, konsolidasiyanı və məsuliyyətli olmağı tələb edir, bizi zəiflədən hər şey, xarici düşmənlərimizin istifadə edib bizi sarsıtmaq, daxildən zəiflətmək üçün istifadə edə biləcəyi hər fitnə kənara atılmalıdır. Odur ki, birliyimizi parçalayan hərəkətlər, xalqımızdan, indi cəbhədə vuruşan silahdaşlarımızdan dönüklükdür. Bu, ölkəmizin, xalqımızın kürəyinə vurulan bıçaqdır".
Putinin sözlərinə görə, Rusiyaya belə bir zərbə 1917-ci ildə, ölkədə Birinci Dünya Müharibəsi gedən zaman vurulub.