BAKI, 24 iyun — Sputnik. Gürcüstan Rusiya ilə sərhədi bağlamayacaq. Bu barədə Sputnik Gürcüstan ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
"İctimaiyyətin artan marağını nəzərə alaraq bildiririk ki, Daryal sərhəd-keçid məntəqəsində vəziyyət sakitdir, keçid məntəqəsi həmişəkirejimdə işləyir", - DİN-in məlumatında deyilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, heç bir istiqamətə sərnişin və ya avtonəqliyyat vasitələrinin axını yoxdur.
Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyadan gələn miqrantların ehtimal dalğasına görə Gürcüstan sərhədində ciddi nəzarətə çağırıb.