CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Bakıda ilk "Avropa təamları" kulinariya festivalı keçiriləcək

Festival çərçivəsində Bolqarıstan, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Polşa və Rumıniyanın Azərbaycandakı səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış edəcək.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi təşkilata üzv dövlətlərin səfirlikləri ilə birlikdə Bakıda "Avropa təamları" kulinariya festivalı keçirəcək. Tədbir iyunun 24-ü, saat 17:00-dan 21:00-dək Su İdmanı Sarayının yaxınlığında, açıq havada təşkil olunacaq. Məqsəd Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməkdir.
Festival çərçivəsində Bolqarıstan, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Polşa və Rumıniyanın Azərbaycandakı səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış edəcək.
Tədbir zamanı Aİ nümayəndəliyi tərəfindən nəşr edilən "Avropa təamları" kitabının təqdimatı keçiriləcək. Kitabda ittifaqa üzv 27 ölkənin ənənəvi reseptləri Azərbaycan dilində əksini tapıb. Nəşri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi saytında elektron formatda da əldə etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.