PAYTAXT XƏBƏRLƏRİ

Bakıda Həvari Varfolomeyin anım günü qeyd edilir

Dini ayinə Kazan və Tatarıstan mitropoliti Kiril, habelə Pyatiqorsk və Çərkəz arxiyepiskopu Teofilakt başçılıq edib.
Sputnik
BAKI, 24 iyun - Sputnik. Bu gün Pravoslav Kilsəsi Bakının hamisi hesab edilən Həvari Varfolomeyin anım gününü qeyd edir.
Səhər saatlarında Qız Qalasının yanındakı dağıdılmış kilsənin yerində dua mərasimi keçirilib.
Mərasimi Kazan və Tatarıstan mitropoliti Kiril və Bakıya arxpastorluq səfəri ilə gələn Pyatiqorsk və Çərkəz arxiyepiskopu Teofilakt başçılıq ediblər.
Tarixi mənbələrdə qeyd olunur ki, 1936-cı ilə qədər Qız qalasının ətəyində Həvari Varfolomeyə həsr olunmuş ibadətgah olub. Ehtimal olunur ki, həvari eramızın 71-ci ilində atəşpərəstlər arasında xristianlığı təbliğ etdiyi üçün bu yerdə edam edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.