DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

XİN rəhbərləri İrana qarşı növbəti sanksiyalar paketini təsdiqləyəcək

Aİ rəsmisinin sözlərinə görə, İttifaqın Tehrana qarşı mütəmadi sanksiyalar tətbiq etməsinə baxmayaraq, Brüssel hələ də nüvə proqramı üzrə razılığın əldə olunmasına ümid edir.
Sputnik
BAKI, 23 iyun — Sputnik. Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri 26 iyunda İrana qarşı 9-cu sanksiyalar paketini təsdiqləyəcək.
Bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərlə brifinq zamanı məlumat verib.
Aİ rəsmisinin sözlərinə görə, İttifaqın Tehrana qarşı mütəmadi sanksiyalar tətbiq etməsinə baxmayaraq, Brüssel hələ də nüvə proqramı üzrə razılığın əldə olunmasına ümid edir.
Diplomat həmçinin onun da vurğulayıb ki, Aİ bundan öncə İranda insan haqlarının pozulmasına görə Tehrana qarşı səkkiz sanksiya paketi tətbiq edib.
Məhdudiyyətlər arasında İranın Avropadakı aktivlərinin dondurulması, Aİ ərazisinə giriş qadağası və Avropa biznes dairələrinin İrana qarşı sanksiyalar çərçivəsində qara siyahıda adları yer alanlarla işgüzar əlaqələrinə qadağaların tətbiqi daxildir.
Xatırladaq ki, bir müddət öncə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell çıxışı zamanı vurğulamışdı ki, İttifaqın İrana qarşı davamlı olaraq yeni sanksiyalar tətbiq etməsi İranla nüvə sazişinin bərpası səylərinə mənfi təsir etməməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.