RUSİYA

Vaşinqton və NATO ölkələri bu böyük səhvin ən ağır nəticələrini hiss edirlər - Narışkin

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru bildirib ki, bəzi Qərb elitaları Rusiyanı silah gücü ilə əzmək fikrinə gəliblər.
Sputnik
BAKI, 23 iyun — Sputnik. Qərb elitaları hesab edirlər ki, Rusiyanı silah gücü ilə əzmək olar, lakin bu, çox böyük yanılmadır. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin bildirib.

"Bəzi Qərb elitaları Rusiyanı silah gücü ilə əzmək fikrinə gəliblər. Bu gün tamamilə yad maraqlar uğrunda cəbhədə kütləvi şəkildə həlak olan Ukrayna Silahlı Qüvvələrinin əsgərləri və Qərb ölkələrinin muzdluları var. Vaşinqtonun və NATO dövlətlərinin hakim dairələri bu böyük səhvin ən ağır nəticələrini hiss edirlər", - deyə Narışkin bildirib.

Rusiya Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır".
Kreml bəyan edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və prosesə mənfi təsir göstərəcək. Lavrov həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.