CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə 12 ton narkotik tərkibli bitki məhv edilib

Keçirilən tədbir zamanı rayonun Çapağan kəndi ərazisində yabanı halda bitən, ümumilikdə 16 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Sputnik
BAKI, 23 iyun — Sputnik. Şəkidə 12 ton narkotik tərkibli bitki məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.
Keçirilən tədbir zamanı rayonun Çapağan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 12 ton olan 16 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.